“The Times” nəşrinin xəbərinə görə, İngiltərə Premyer Liqasının (APL) on ən çox vergi ödəyən futbolçusu 2025-ci ildə Britaniya Maliyyə Nazirliyinin xəzinəsinə ümumilikdə 100 milyon funt-sterlinqdən çox vəsait köçürüb.
“Tax List” reytinqi tərtib edilərkən aşağıdakı göstəricilər nəzərə alınır: korporativ vergi və dividend vergisi, kapital artımı və gəlir vergisi, əmək haqqı fonduna tətbiq edilən xüsusi vergilər, alkoqol və qumar oyunları üzrə aksizlər.
Hesablamalar şirkətlərin 10 yanvar tarixinə olan son maliyyə hesabatlarına əsaslanır.
2025-ci il üzrə vergi ödənişlərinə görə TOP-10 PL oyunçusu
futbolçu (klub) Vergi məbləği (milyon funt)
1. Erlinq Holand (“Mançester Siti”) 16,9
2. Məhəmməd Salah (“Liverpul”) 14,5
3. Kazemiro (“Mançester Yunayted”) 10,9
4. Rahim Sterlinq (“Çelsi”) 9,8
5. Vircil van Dayk (“Liverpul”) 9,7
6-7. Brunu Fernandeş (“Mançester Yunayted”) 9,0
6-7. Bernardu Silva (“Mançester Siti”) 9,0
8. Omar Marmuş (“Mançester Siti”) 8,8
9. Qabriel Jezus (“Arsenal”) 7,9
10. Kay Havertz (“Arsenal”) 7,8