AFFA-nın rəsmi saytına istinadən xəbər verilir ki, 2024/2025-ci illər mövsümündə Premyer Liqa klublarının futbolçulara ödədiyi əməkhaqqının məbləğləri bəlli olub. Hesabata əsasən, oyunçularına ən çox maaş ödəyən klub “Neftçi” olub. Paytaxt təmsilçisi futbolçuların əməkhaqlarına ümumilikdə 18 milyon 287 min 111 manat xərcləyib. Bu göstəricidə ikinci pillədə “Qarabağ” qərarlaşıb. Ağdam klubu oyunçularına 13 milyon 878 min 800 manat məvacib ödəyib.
Digər klubların əməkhaqqı fondları aşağıdakı kimi formalaşıb:
- “Sabah”: 8 milyon 911 min 200 manat
- “Sumqayıt”: 4 milyon 431 min 100 manat
- “Səbail”: 4 milyon 385 min 800 manat
- “Zirə”: 4 milyon 287 min 627 manat
- “Araz-Naxçıvan”: 3 milyon 619 min 200 manat
- “Turan Tovuz”: 2 milyon 613 min 900 manat
Ötən mövsüm futbolçulara ən az əməkhaqqı ödəyən klublar isə “Kəpəz” (1 milyon 754 min 700 manat) və “Şamaxı” (1 milyon 4 min 300 manat) olub.
Bu rəqəmlər liqadakı maliyyə fərqlərini aydın şəkildə nümayiş etdirir.