Polşalı qolkiper: “Bakıda tək yaşamaq ən böyük problemim idi”

27.03.26 | 18:12
Ölkə futbolu

“Qarabağ”ın polşalı qolkiperi Mateuş Koxalski Polşanın “Sport.pl” nəşrinə geniş müsahibə verib. O, komandanın Çempionlar Liqasındakı (ÇL) tarixi çıxışı, Bakıdakı çətinlikləri və gələcək planları barədə səmimi açıqlamalarla çıxış edib.

“Qarabağ”ın 25 yaşlı qapıçısı Mateuş Koxalski geridə qalan gərgin mövsümü dəyərləndirib. Çempionlar Liqasında həm parlaq qələbələr, həm də ağır məğlubiyyətlər yaşayan polşalı əlcək sahibi, Ağdam klubundakı karyerası və şəxsi emosiyaları ilə bağlı diqqətçəkən məqamlara toxunub.

“Lissabondakı debütümü heç vaxt unutmayacağam”

Koxalski üçün Çempionlar Liqası macərası Lissabonda “Benfika” üzərindəki dramatik qələbə (3:2) ilə başlayıb. O, həmin anı belə xatırlayır: “Həmin gün yaddaşıma əbədi həkk olunub. Matçın startında 0:2 geridə olanda əsəbimdən əllərimi yerə çırpırdım. Amma biz sübut etdik ki, bu səviyyədə oynamağa layiqik. Heç kim bizdən belə sıçrayış gözləmirdi, bəlkə də uğurumuzun sirri üzərimizdə təzyiqin olmaması idi”.

Xatırladaq ki, “Köhlən atlar” qrup mərhələsində “Kopenhagen” (2:0) və “Ayntraxt”ı (3:2) məğlub edərək, “Çelsi” ilə heç-heçə (2:2) oynamaqla Avropanı təəccübləndirməyi bacarıb.

“30 qol mənim üçün kabus idi”

Uğurlu çıxışa baxmayaraq, “Qarabağ” turnirdə 30 qol buraxaraq yeni antirekorda imza atıb. Koxalski bu rəqəmdən narahatlığını gizlətmir: “Mənim üçün bu, əsl kabus idi. Xüsusən də “Liverpul” (0:6) və “Nyukasl”la (1:6) oyunları xatırlamaq istəmirəm. Həmin matçlarda özümü çarəsiz hiss edirdim. Rəqiblər o qədər sürətli və aqressiv idilər ki, onların niyə dünyanın ən yaxşısı olduqlarını və niyə o qədər qazandıqlarını meydanda anladıq”.

Qurban Qurbanov fenomeni və “Yagelloniya” müqayisəsi

Polşalı qapıçı “Qarabağ”ın illərdir davam edən sabitliyini baş məşqçi amili ilə əlaqələndirib: “Polşada çoxları “Qarabağ”ın necə belə uğurlu olduğunu soruşur. Cavab bəsitdir: 18 ildir klubda olan Qurban Qurbanov. Burada inanılmaz skautinq sistemi var. Onlar ulduz yox, komandaya uyğun oyunçu axtarırlar. Əgər Polşa klubları ilə müqayisə etsəm, “Qarabağ”ı “Yagelloniya”ya bənzədərdim – az büdcə, ağıllı skautinq və maksimum nəticə”.

Bakıdakı tənhalıq və “Vidzev”ə keçid cəhdi

Koxalski Azərbaycan paytaxtındakı həyatından da söz açıb. O, Bakının kənarında daha sakit bir ərazidə yaşasa da, ailə həsrətinin ona çətin anlar yaşatdığını etiraf edib: “Mən burada tək yaşayıram. Ev, məşq, oyun – bu qapalı dövrə məni yorurdu. Qışda Polşanın “Vidzev” klubundan təklif alanda qayıtmağa hazır idim. Hətta Çempionlar Liqasını qurban verməyə də razıydım. Lakin “Qarabağ” bu transferi blokladı. Mən peşəkaram, müqaviləm var və sona qədər mübarizə aparmalıyam”.

Gələcək hədəf: Premyer Liqa və Polşa millisi

Gənc qolkiper gələcək planlarından danışarkən ambisiyalı olduğunu nümayiş etdirib: “Arzum İngiltərə Premyer Liqasında oynamaqdır. MLS-dən gələn təklifləri məhz Avropada qalmaq üçün rədd etdim. Ehtiyat skamyada oturmaq niyyətim yoxdur, mən bir nömrə olmaq istəyirəm. Eyni zamanda Polşa millisinin qapısı üçün hələ də iddialıyam. İnanıram ki, düzgün inkişaf yolu ilə buna nail olacağam”.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48