Liqa 1-in 13-cü turunda “Renn”lə oyunda futbol dünyasının tanınmış isimlərində olan Pol Poqba “Monako”da debüt edib. Yarımmüdafiəçi “Monako”nun 1:4 hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmada start heyətdə yer almasa da, 85-ci dəqiqədə əvəzedici kimi meydana çıxıb. Bu 32 yaşlı Poqbanın 811 gündən sonra ilk oyunu olub. Xatırladaq ki, Fransa millisi ilə DÇ-2018-in qalibi və həlledici oyunda fransızların 4 qolundan birinin müəllifi olan ünlü futbolçu sonuncu oynuna 2023-cü ilin sentyabrın 3-də çıxmışdı. Atidopinq qaydalarını pozduğuna görə cəzalanan Poqba o vaxtdan bəri yaşıl meydandan uzaq düşmüdü və ancaq fiziki formasını bərpa etmək üzərində işləyirdi. Xatırladaq ki, “Monako” növbəti oyununu noyabrın 26-da Çempionlar Liqasında “Pafos”a qarşı keçirəcək.