Peresin “Napoleon” planı: “Real” Pedrini “Barsa”dan qoparmaq istəyir

11.02.26 | 13:31
Dünya futbolu

Florentino Peres yenidən İspaniya futbolunun “ilahı” rolunu oynamaq qərarına gəlib. Bu dəfə onun maniakal hədəf-nişangahında “Barselona”nın gənc ulduzu Pedri var. Amma görünən odur ki, qurulan bu səs-küylü tamaşada iştirak etməyə ən az həvəsi olan elə Pedrinin özüdür.

Jurnalist Siro Lopes və “El Desmarque” portalının iddiasına görə, “Real”ın prezidenti 2027-ci il üçün möhtəşəm bir “xəyanət ssenarisi” cızır. Məqsəd bəllidir: Luis Fiqu transferinin yaratdığı o tarixi sarsıntını yenidən yaşatmaq. Lakin don Florentinonun öz “Napoleon planları”nda görməzdən gəldiyi kiçik, amma keçilməz bir detal var: 1 milyard avroluq sərbəstqalma məbləği və 2030-cu ilə qədər davam edən rəsmi öhdəlik.

Fiqu Erası Geridə qaldı: 60 milyonluq “çaypulu”

İspaniya mətbuatının istinad etməyi sevdiyi Fiqu hadisəsi tamamilə başqa bir dövrün hekayəsi idi. O zaman Fiqu “Barselona”da özünü kənarda qalmış hiss edirdi, agenti isə prezident seçkiləri fonunda hər iki klub arasında ustalıqla “ikili oyun” qururdu. Üstəlik, o vaxtkı 60 milyon avroluq sərbəstqalma məbləği bugünkü transfer bazarında sanki lüks bir restoranda ödənilən “çaypulu” təsiri bağışlayır.

Futbol yox, xalis eqo davası

İndi isə qarşımızda kiçik ölkələrin ÜDM-i ilə yarışan rəqəmlər və klubuna can-başla bağlı olan bir futbolçu dayanıb. Lakin görünür, Peresi bu cür “xırdalıqlar” dayandırmır. Çünki burada məqsəd heyəti gücləndirmək deyil, rəqibə sarsıdıcı zərbə vurmaqdır. Bu, futbol yox, xalis eqo davasıdır. Qələbənin kuboklarla deyil, rəqibə verilən ağrı ilə ölçüldüyü bir meydan oxumadır.

Peresə Pedri “oyunçu” kimi lazım deyil — onsuz da sərəncamında Bellinqem, Valverde və Kamavinqa kimi ulduzlar var. Ona Pedri bir simvol kimi lazımdır. “Real”ın istənilən adamı, hətta “Barselona”nın qəlbi sayılan birini belə qoparıb apara biləcəyinin canlı sübutu kimi…

Məntiqin bitdiyi nöqtə

Problem ondadır ki, bu məntiq futbolun hələ astronomik maliyyə sirkinə çevrilmədiyi 2000-ci illərdə işləyirdi. 2019-cu ildən bəri 227 matçda tər tökən, uşaqlıqdan bu rənglərə aşiq olan birini xəyanətə razı salmaq? Bu, dünyanın heç bir sərvəti ilə həll olunmayacaq qədər ağır bir yükdür.

Lakin İspaniya futbolundakı bu çılğınlıq dövranı dayanmaq bilmir. Görünən odur ki, bu sonsuz səs-küyü nə sağlam düşüncə, nə də reallıq hissi susdura biləcək.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03