“Real” azarkeşlərini inanılmaz bir yay gözləyir. Florentino Peresin hədəfində iki böyük isim var: Erlinq Holand və Yurgen Klopp. Məlumata görə, Peres norveçli qol maşınını komandanın yeni siması və “xilaskarı” hesab edir. Hətta futbolçunun agenti ilə ilkin təmaslar artıq qurulub.
Amma sürprizlər bununla bitmir! “Santiaqo Bernabeu”da baş məşqçi postu üçün əsas namizəd Yurgen Kloppdur. Almaniyalı mütəxəssisin Madrid nəhəngini çalışdırmaq istəyi barədə gəzən şayiələr yayda gerçəyə çevrilə bilər. Peres bu iki transferlə qitə futbolunda yeni era başlatmağı planlaşdırır.