Pep getdi, Klopp getdi, o isə qaldı: Qurban Qurbanovun bitməyən erası

28.01.26 | 15:27
Ölkə futbolu

Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri, Çempionlar Liqasında “Liverpul”la qarşılaşma ərəfəsində “Qarabağ”ın və onun baş məşqçisi Qurban Qurbanovun keçdiyi tarixi yoldan bəhs edən geniş məqalə dərc edib. Məqaləni ixtisarla təqdim edirik.

12 menecerə qarşı bir əfsanə

2008-ci ilin yayını xatırlayırsınızmı? Pep Qvardiola “Barselona”ya, Yurgen Klopp “Borussiya”ya təyin olunanda, “Çelsi” Luis Felipe Skolariyə güvənirdi. O vaxtdan bəri London klubu 12 məşqçi dəyişdiyi halda, “Qarabağ”ın sükanı arxasında cəmi bir nəfər olub: Azərbaycanın “Ser Aleks Ferqyusonu” – Qurban Qurbanov.

Tarixi mövsüm və “enfild” sınağı

Bu mövsüm “Qarabağ” üçün ən parlaq il ola bilər. Liqa mərhələsinin son turunda “Enfild”ə səfər edən Ağdam təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı olduqca yüksəkdir. Hazırda 10 xalla 18-ci pillədə qərarlaşan komanda “Marsel”, “Bayer” və PSV kimi Avropa nəhənglərini geridə qoyur. Hətta bu oyunda məğlubiyyət belə, onların pley-off mərhələsinə yüksəlməsi üçün kifayət edə bilər.

Çərşənbə günü keçiriləcək oyun “Qarabağ”ın Avropadakı 204-cü matçı olacaq ki, bunun da 190-ı məhz Qurbanovun rəhbərliyi altında baş tutub. Onun gəlişinə qədər “Qarabağ” Azərbaycan standartları ilə belə kifayət qədər təvazökar klub hesab olunurdu. 2008/09 mövsümünün başlamasına bir neçə gün qalmış Qurbanovun sələfi Rasim Kara, o dövrün daha güclü tərəfi hesab olunan “Xəzər Lənkəran”dan gələn təklifi dəyərləndirərək klubu tərk etmişdi.

Sıfırdan zirvəyə

Qurbanov təcili əvəzedici kimi təyin edilsə də, ondan gözləntilər çox aşağı idi. 2006-2024-cü illərdə “Qarabağ”ın formasını geyinmiş Maksim Medvedev həmin günləri belə xatırlayır: “O, gənc məşqçi idi və o dövrlərdə yerli mütəxəssislərə çox etibar edilmirdi. O, hər şeyə sıfırdan başladı və heç kim onun bu vəzifədə uzun müddət qalacağını düşünmürdü. Lakin tezliklə onun mükəmməl məşqçi olduğunu anladıq. İlk mövsümdə kuboku qazandıq, sonra Avropa Liqasında “Rusenborq “u keçdik. Macəra məhz o zaman başladı. Rəhbərlik Qurbanova tam etimad göstərdi və o, kənar müdaxilə olmadan komandanı addım-addım qurdu”.

“Qarabağ” ilk çempionluğunu 2014-cü ildə qazandı. Bundan sonra isə klub əsl qələbə maşınına çevrilərək son 11 mövsümün 10-da ölkə çempionu oldu. Paralel olaraq Avropa səhnəsində də yüksəliş davam etdi: mütəmadi olaraq Avropa Liqasının qrup mərhələləri və 2017-ci ildə Çempionlar Liqasının qrupuna vəsiqə.

Ulduzlar yox, sistem oyunçuları

Maliyyə imkanlarına baxmayaraq, Qurbanov heç vaxt səs-küylü ulduz transferləri arxasınca qaçmayıb. Onun strategiyası — fərdlərin cəmindən daha üstün olan bir kollektiv qurmaqdır.

Maksim Medvedev: “Biz heç vaxt “top-ulduzlar” transfer etmədik. Qurbanov üçün bütün oyunçular bərabərdir. O, intizamlıdır, lakin çox ədalətlidir. Həmişə oyunçularını müdafiə edər, onlara həm peşəkar, həm də şəxsi məsləhətlər verər. Hamı ona hörmət edir”.

“Qarabağ”ın hücum fəlsəfəsi

Qurbanovun fəlsəfəsi topa sahib olmağa və hadisələri qabaqlamağa əsaslanır. Medvedev deyir ki, 2020-ci ildə “Legiya” üzərində qazanılan 3:0 hesablı qələbə onlara istənilən rəqiblə hücum futbolu oynaya biləcəklərinə dair inam verdi.

Bu yanaşma möhtəşəm nəticələr doğurub: “Braqa” üzərində 4:2 hesablı qələbə, Xabi Alonsonun “Bayer”i ilə başa-baş mübarizə və keçən həftə “Ayntraxt” üzərində qazanılan 3:2 hesablı qələbə bunun sübutudur.

Yeni əfsanə

Əvvəllər Azərbaycan futbol tarixinin ən məşhur siması 1966-cı il dünya çempionatının finalındakı qərarı ilə yadda qalan Tofiq Bəhramov idisə, indi Qurban Qurbanov bu siyahıda öndədir. Lakin hazırda onun bir hədəfi var: nailiyyətlər siyahısına “Enfild”də qazanılacaq tarixi qələbəni də əlavə etmək.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11