7-8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” (Grand Slam) turniri keçiriləcək. Bu mötəbər yarışda Azərbaycanı 5 çəki dərəcəsində 8 idmançı təmsil edəcək.
Azərbaycan Cüdo Federasiyasının Parisə yollanacaq heyəti aşağıdakı kimidir:
60 kq: Balabəy Ağayev
66 kq: Nazir Talıbov, Ruslan Paşayev
81 kq: Zelim Tskayev, Vüsal Qələndərzadə
100 kq: Əjdər Bağırov
+100 kq: Uşangi Kokauri, Kənan Nəsibov
Paris turniri ilin ən nüfuzlu cüdo yarışlarından biri hesab olunur. Heyətimizdə həm təcrübəli adlar (Balabəy Ağayev, Zelim Tskayev, Uşangi Kokauri), həm də gənc və perspektivli cüdoçular (Vüsal Qələndərzadə, Kənan Nəsibov) yer alıb. Bu heyətlə millimiz həm reytinq xallarını artırmaq, həm də fəxri kürsüdə yer almaq üçün mübarizə aparacaq.