Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17
Ölkə futbolu

Azərbaycan Premyer Liqasında çıxış edən legionerlər və milliləşdirilmiş futbolçular arasında ən məhsuldar oyunçunun adı dəyişib. “Turan-Tovuz” un yarımmüdafiəçisi Filip Ozobiç, ölkə çempionatları tarixinə adını qızıl hərflərlə yazdıraraq yeni rekorda imza atıb.

Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Sumqayıt”la ev oyununda (2:1) rəqib qapısına yol tapan Ozobiç, Azərbaycan çempionatlarında vurduğu qolların sayını 72-yə çatdırıb. Bununla da o, 1992-ci ildən bəri keçirilən turnirin tarixində ən çox qol vuran əcnəbi (və ya legioner kimi debüt edib sonradan vətəndaşlıq alan) futbolçu statusuna yüksəlib.

Xorvatiyaəsilli yarımmüdafiəçi bu nəticəni 225-ci oyununda əldə edərək, uzun illərdir rekordun sahibi olan Badri Kvaratsxeliyanı geridə qoyub. Xatırladaq ki, vaxtilə “Kəpəz” və “Şəmkir” klublarında parlayan Kvaratsxeliya 132 matçda 71 qol vurmuşdu.

Azərbaycan karyerasına 2016/2017-ci illər mövsümündə start verən Ozobiç, ötən müddət ərzində çıxış etdiyi bütün klublarda məhsuldarlığı ilə seçilib.  Təcrübəli yarımmüdafiəçinin 72 qolluq rekord göstəricisi çıxış etdiyi klublar üzrə belə bölünür: Ozobiç ən məhsuldar dövrünü “Qarabağ”da (95 oyunda 35 qol) yaşayıb. O, həmçinin “Qəbələ” də 46 matçda 16, “Neftçi”də 58 qarşılaşmada 15 qolla yadda qalıb. Rekordun rəsmiləşdiyi “Turan Tovuz”da isə o, artıq 26 oyunda 6 dəfə fərqlənməyi bacarıb.

Filip Ozobiç ölkəmizdəki elə ilk mövsümündəcə özünü sübut etməyi bacarmışdı. 2016/2017-ci illər çempionatında “Qəbələ” forması ilə 11 qol vuran futbolçu həmin mövsümün bombardiri adını qazanmışdı. Bu gün isə 35 yaşlı təcrübəli oyunçu sadəcə bir mövsümün deyil, bütöv bir tarixin ən yaxşısı kimi zirvədə qərarlaşıb. Hazırda “Turan Tovuz”un uğurları üçün tər tökən Ozobiçin bu göstəricini daha da yaxşılaşdırmaq şansı davam edir.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20