«San Paulu»nun 34 yaşlı yarımmüdafiəçisi Oskar tibbi müayinə zamanı huşunu itirib və ürəyində ciddi problemin olduğu üzə çıxıb. «Çelsi»nin sabiq oyunçusu təcili olaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti stabildir. Hadisə klubda keçirilən adi tibbi müayinə zamanı baş verib. Oskar stasionar velosipeddə test zamanı özündən gedib və təxminən iki dəqiqə huşsuz vəziyyətdə qalıb. Indi Oskarın gələcəyi həkimlərin qərarından asılıdır.
Yeri gəlmişkən, müşahidə altında olduğu müddətdə, onun komandası noyabrın 21-də “Korintians”la qarşılaşacaq. Hazırda “San Paulu” Braziliyanın yüksək liqasında 8-ci yerdə gedir.
Oskar «San Paulu» ilə 2027-ci ilin sonunda bitəcək müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə düşünməyə başlayıb. Xatırladaq ki, o, «San Paulu»nun yetirməsi olsa da, daha çox «Çelsi»də keçirdiyi dönəmdə məşhurlaşıb. London klubunda İngiltərə liqa kubokunu və Avropa Liqasını qazanıb. Daha sonra Çinin «Şanxay Port» klubu ilə üç dəfə ölkə çempionu olub, Çin kuboku və Superkubokunu qazanıb. Braziliya yığmasının formasında 48 oyun keçirən Oskar bu ilin yanvarında doğma komandasına qayıdıb.