Çempionlar Liqasının “Qalatasaray” – “Liverpul” qarşılaşmasından əvvəl İstanbulun “Rams Park” stadionunda unudulmaz anlar yaşanıb. “Sarı-qırmızılı” azarkeşlər komandanın ulduz hücumçusu Viktor Osimhenə xüsusi baner həsr ediblər. Gördüyü mənzərə qarşısında duyğularını cilovlaya bilməyən nigeriyalı forvard göz yaşlarına hakim ola bilməyib.
Azarkeşlərin hazırladığı pankartda yetkin Osimhenin öz uşaqlığını əlindən tutaraq zibillikdən uzaqlaşdırdığı təsvir olunub. Bu rəmzi məna ulduz futbolçunun çətin keçmişinə işarədir.
Xatırladaq ki, Osimhen bu yaxınlarda verdiyi müsahibəsində Nigeriyanın meqapolisi Laqosun xarabalıqlarında keçən ağır uşaqlığından, sağ qalmaq üçün zibilliklərdən butsi axtardığı günlərdən bəhs etmişdi. “Cim-Bom” tərəfdarlarının bu incə yanaşması futbolçuya olan sevginin sadəcə idmanla məhdudlaşmadığını bir daha sübut etdi.
Azarkeşlərin bu jesti Osimheni matça inanılmaz dərəcədə motivasiya edib. Nigeriyalı hücumçu artıq oyunun 7-ci dəqiqəsində fərqlənməyi bacarıb. Onun ötürməsindən sonra Mario Lemina dəqiq zərbə ilə “Liverpul”un qapısına yol taparaq hesabı açıb.