Dünən DÇ-2026-nın seçmə turniri çərçivəsində Afrika zonasında son vəsiqə uğrunda pley-off oyunları keçirilib. Yaımfinalın ilk oyununda Nigeriya və Gabon yığmaları qarşılaşıb. Cütün qalibi əlavə vaxtda müəyyənləşib və nigeriyalılar rəqibini böyük hesabla məğlub edib – 4:1. “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhen komandasının qələbəsində böyük pay sahibi olub. Belə ki, o, hesabına iki qol yazıb.
Günun ikinci görüşündə isə Kamerunla Konqo DR üz-üzə gəlib. “Neftçi”nin kamerunlu forvardı Vensan Abubakar start heyətdə meydana çıxıb. Ancaq ikinci hissədə Kamerunun baş məçqçisi Bris Mark onu əvəzləyib. Oyuna gəlincə, “Lill”in müdafəçisi Kansel Mbembanın 90+1-də vurduğu yeganə qol konqoluları finala çıxarıb. Beləliklə, noyabrın 16-da mundiala vəsiqənin taleyini həll edəcək görüşdə Nigeriya ilə Konqo DR qarşılaşacaq.