Ölkə futbolunda cərimə “yağışı”: klublar və məşqçilər cəzalandırıldı

11.02.26 | 15:51
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və ölkə futbolundakı son oyunlarda baş verən qayda pozuntuları ilə bağlı bir sıra sərt qərarlar qəbul edilib.

Ölkə kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə ilk oyununda baş verən hadisələrə görə “Turan-Tovuz” ümumilikdə 12 500 manat məbləğində cərimələnib. Baş məşqçi Qurban Berdiyev dördüncü hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb və hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib. Klub bu hərəkətə görə 10 000 manat cərimə ödəyəcək.

Etirazlara görə ikinci sarı vərəqə alaraq meydandan qovulan digər məşqçi Yunis Hüseynov 1 oyunluq cəzalandırılıb və buna görə klub əlavə 2 500 manat cərimələnib.

Premyer Liqanın: intizam tədbirləri

“Araz-Naxçıvan”: “Sabah”la 19-cu tur oyununun vaxtından gec başlamasına (komandanın meydana gec çıxması) görə 3 000 manat, futbolçuların çoxsaylı sarı vərəqə almasına görə isə 700 manat cərimə kəsilib.

“Sabah”: Reqlament pozuntusuna görə klub maliyyə sanksiyasına məruz qalıb.

“Zirə”: “Sumqayıt”la matçda 5 və 25 nömrəli futbolçuların şortlarındakı nömrələrin uyğunsuzluğu səbəbindən klub 1 500 manat cərimələnib.

“Qarabağ“: “Şamaxı” ilə oyunda sarı vərəqə limitin aşılması üçün 700 manat cərimə tətbiq edilib. Həmçinin, Ağdam təmsilçisi Şamaxı şəhər stadionunda azarkeşlərin sındırdığı 25 oturacağın dəyərini ödəməli olacaq.

“Neftçi”: “Qəbələ” ilə görüşdə müdafiəçi Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 500 manat cərimələnib.“Qəbələ”: “Sabah”la oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün kluba xəbərdarlıq edilib.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01