Ölkə şahmatında böyük həyəcan: Ulduzlar 92 min manat uğrunda!

01.02.26 | 22:26
Digər növlər

Azərbaycan Şahmat Federasiyası ilin ən gözlənilən daxili yarışı olan ölkə çempionatının start götürəcəyi tarixi açıqlayıb. Fevral ayında paytaxt Bakı şahmat dünyasının ulduzlarını bir araya gətirərək böyük rəqabətə ev sahibliyi edəcək. Çempionatın təqviminə əsasən, ölkənin ən güclü zəka sahibləri 6–22 fevral tarixlərində taxta arxasına keçəcəklər. Təxminən iki həftə davam edəcək yarışda həm kişilər, həm də qadınlar arasında Azərbaycanın ən güclüsü adına aydınlıq gələcək.

Builki çempionat heyətin zənginliyi ilə seçilir. Kişilərin yarışında 30, qadınların turnirində isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın əsas favoritləri Azərbaycan şahmatının dünyada tanınan simalarıdır.

Kişilərin yarışında dünya reytinqli Şəhriyar Məmmədyarov, təcrübəli qrosmeysterlər Rauf Məmmədov və Eltac Səfərli, qadınların mübarizəsində isə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və gənc istedad Gövhər Beydullayeva öz qüvvələrini sınayacaqlar.

Federasiya bu il qaliblər və mükafatçılar üçün böyük büdcə ayırıb. Ümumi məbləği 92 000 manat təşkil edən fondun bölgüsü aşağıdakı kimidir: kişilərin yarışı üçün 62 000 manat, qadınların mübarizəsi üçün isə 30 000 manat. Bu turnir təkcə maliyyə mükafatı baxımından deyil, həm də milli komandanın heyətinin formalaşdırılması və beynəlxalq yarışlara hazırlıq nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09