Olimpiadada gərgin anlar: Polşalı idmançı ağır zədə aldı

21.02.26 | 23:55
Digər növlər

Milano-Kortina Qış Olimpiya Oyunlarında qadınlar arasında 1500 metr məsafəyə şort-trek (sürətli konkisürmə) yarışlarının dörddəbir final mərhələsi dramatik hadisə ilə yadda qalıb. Polşalı idmançı Kamila Selle buz üzərində yıxılaraq rəqibinin konkisinin bıçağının üzünə dəyməsi nəticəsində ciddi xəsarət alıb. Gənc idmançının gözünün bir neçə santimetr fərqlə möcüzəvi şəkildə xilas olduğu bildirilir.

Gərgin mübarizə şəraitində keçən dörddəbir finalda polşalı konkisürən Selle döngəni dönərkən müvazinətini itirib və rəqibi ilə toqquşub. Bu zaman amerikalı idmançı Kristen Santos-Qrisvoldun konkisinin iti bıçağı polşalının üzünə dəyərək dərin kəsik yaradıb.

Hadisə yerinə dərhal tibbi briqada cəlb olunub. Buzun üzərində yardım gözləyən Sellenin ətrafı, digər idmançıların və tamaşaçıların görməməsi üçün ağ örtüklə əhatəyə alınıb. Qaşının üzərinə ilkin tikişlər qoyulan təcrübəli idmançı, “Milan Arena”dan xərəklə çıxarılaraq xəstəxanaya aparılıb.

Rəsmi qurumların verdiyi məlumata görə, Sellenin gözündə hər hansı ciddi zədə aşkar edilməyib və üzündəki dərin kəsiyə görə xəstəxanada geniş müayinə aparılır. İdmançının ümumi vəziyyəti stabil olsa da, müşahidə altında saxlanılır.

Bu cür hadisələr şort-trek idmanının nə dərəcədə təhlükəli və yüksək konsentrasiya tələb etdiyini bir daha sübut edir.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09