UEFA Çempionlar Liqasında “Yuventus”la qarşılaşacaq “Qalatasaray” bu kritik matçın taktiki hazırlıqlarına başlayıb. Baş məşqçi Okan Buruk, rəqibin ən təhlükəli oyunçusu sayılan Kenan Yıldızı dayandırmaq üçün xüsusi plan hazırlayıb. Bu planın mərkəzində isə komandaya yeni qayıdan Saşa Boy dayanır. Okan Buruk “Yuve”nin gənc ulduzunu zərərsizləşdirmək üçün fransız sağ cinah müdafiəçisinə oyun boyu fərdi nəzarət tapşırığı verib. Texniki heyət Saşa Boyun yüksək atletizmi və müdafiə intizamı sayəsində bu qarşıdurmadan qalib ayrılmağı hədəfləyir. Uzun müddətdən sonra komandaya dönən Boyun “Yuventus” matçında ilk 11-də meydana çıxacağı gözlənilir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray”la “Yuventus” arasında ilk oyun fevralın 17-də baş tutacaq. “Sarı-qırmızılılar” rəqibini doğma meydanında qəbul edəcək.