Okan Buruk “Yuventus”la oyundan narazıdır

26.02.26 | 14:07
Dünya futbolu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Yuventus”la cavab qarşılaşmasından sonra açıqlama verən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk mərhələni keçdikləri üçün sevincli olsa da, komandanın çıxışından narazılığını gizlətməyib: “Növbəti mərhələyə yüksəldiyimiz üçün xoşbəxtik, lakin həm nəticə, həm də oyun keyfiyyəti baxımından bizim üçün uğursuz bir gecə idi. Bu matç komandamız üçün böyük dərs olmalıdır. Bu gün “Yuventus” bizdən daha üstün futbol sərgilədi və qələbəyə layiq tərəf idi”.

Heyət seçimi barədə danışan təcrübəli mütəxəssis, Yunus Akgünlə bağlı maraqlı bir faktı bölüşüb. Rəqibin cinah hücumlarının qarşısını almaq üçün dəyişiklik etmək istədiyini deyən Buruk bildirib:

“Sallai sarı vərəqə almışdı, onun qırmızı vərəqə almasından ehtiyat edirdim. Yunus Akgünü oyuna buraxmaq istəyirdim, lakin o, ağrıları olduğunu bəhanə gətirərək oynamaq istəmədiyini bildirdi”.

Performansın dəyişkənliyinə toxunan baş məşqçi, komandasının potensialına olan inamını belə ifadə edib: “Bizim “Yuventus”u məğlub etdiyimiz ilk oyuna baxan hər kəs “bu komanda finala “gedər” deyirdi. Bugünkü çıxışımıza baxanlar isə tam fərqli fikir söyləyərlər. Lakin bütün bunlara rəğmən, “Yuventus” kimi nəhəng bir klubu turnirdən kənarlaşdırmaq çox vacib və qürurverici bir uğurdur”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09