Çempionlar Liqasının 3-cü turu Azərbaycan azarkeşlərinin iki sevimli komandasının oyunu ilə başladı. Hər iki matç eyni hesabla bitsə də, nəticə fərqli oldu. Bilbaoda “Qarabağ” ÇL-in əsas mərhələsində ilk məğlubiyyətini aldığı halda İstanbulda “Qalatasaray” ikinci qələbəsini qazanaraq xal hesabvını 6-ya çatdırdı. Burada Osimhenin ustalığı və dublu “sarı-qırmızılılar”a qələbə gətirdi.
Turun mərkəzi görüşündə “Real” böyük üstünlüyə rəğmən minimal hesabla qələbə qazandı. “Yuventus”un qapısına vurulan qolun əsas memarı Vinisius oldu. Üç müdafiəçinin başını gicəlləndirən braziliyalının dirəkdən dönən topuna Bellingemə sadəcə toxunmaq qalırdı. “Qarabağ”ın iki rəqibinin qarşılaşması da maraq dairəsində idi. Londonda “Çelsi” çətinlik çəkmədən “Ayaks”ı darmadağın etdi. Artıq ilk yarıda ingilislər niderlandlıların qapısına dörd qol vurmaqla ikinci yarını formallığa çevirdi. Görünən odur ki, “Qarabağ”ı növbəti turda “Çelsi” ilə çətin sınaq gözləyir.
Atletik (İspaniya) – Qarabağ (Azərbaycan) 3:1
Quruzeta, 40; 87. Navaro, 70 – Andrade, 1.
Qalatasaray (Türkiyə) – Bude Qlimt (Norveç) 3:1
Osimhen, 3; 33. Yunus Akgün, 60 – Helmersen, 76.
Ayntraxt (Almaniya) – Liverpul (İngiltərə) 1:5
R. Kristensen, 26 – Ekitike, 35. Van Diyk, 39. Konate, 44. Qakpo, 66. Soboslay, 70.
Real (Madrid, İspaniya) – Yuventus (İtaliya) 1:0
Bellingem, 57.
Atalanta (İtaliya) – Slaviya (Çexiya) 0:0
Bavariya (Almaniya) – Brügge (Belçika) 4:0
Karl, 5. Keyn, 14. Dias, 34. Cekson, 79.
Monako (Fransa) – Tottenhem (İngiltərə) 0:0
Sportinq (Portuqaliya) – Marsel (Fransa) 2:1
Katamo, 69. A. Santos, 86 – Payçao, 14.
Çelsi (İngiltərə) – Ayaks (Niderland) 5:1
Quiu, 18. Kaysedo, 27. E. Fernandes, 45+5-p. Estevao, 45+6-p. T. Corc, 48 – Veqhorts, 33-p.