Fransa və İngiltərə DÇ-də, Norveç mundialın qapısını açdı

13.11.25 | 23:39
Dünya futbolu

Gecənin ilk başlayan oyunları arasında Norveç millisinin estoniya ilə görüşü maraqla gözlənilirdi. Burada heç kim estonların sensasiya edəcəyini gözləmirdi. Haaland və Sörlot kimi hücum tandemi ilə norveçlilərin qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Maraq ondan ibarət idi ki, qələbə təqdirində Norveç faktiki olaraq DÇ-yə vəsiqə qazanacaqdı. Məhz belə də oldu. Hücum tandemi birlikdə 4 qol vuraraq Norveçi mundiala daşıdı. Macarıstan isə səfərdə minimal hesabla Ermənistanı məğlub edərək ən azı ikinci yeri təmin etdi. Azərbaycan millisinin autsayder olduğu D qrupunda isə Fransa DÇ-yə vəsiqəni təmin etdi. İkinci sıraya hələ də şamsını saxlayan Ukrayna millisinin qapısına 4 cavabsız top vuran fransızlar Bakıdakı oyuna heç bir turnir iddiası olmadan gələcək. Mbappe vurduğu 2 topla karyerasındakı qolların sayını 400-ə çatdırdı.
Portuqaliya isə mundiala vəsiqəni təmin edə bilmədi. İrlandiya öz meydanında şəksiz qələbə ilə portəgizləri son turu gözləməyə məcbur etdi. Burad son tur daha maraqlı olacaq. Portuqaliya birinci yeri tutmaq üçün Ermənistanı məğlub etməlidir. Macarıstan – İralandiya oyunu isə vəsiqə uğrunda savaşa çevrildi.
İngiltərə Serbiya üzərində rahat qələbə ilə DÇ-də yerini təmin etdi.

D qrupu

Azərbaycan – İslandiya 0:2
A. Qudmundsson, 20. S. İnqason, 39.

Fransa – Ukrayna
4:0
Mbappe, 55-p; 83. Olise, 76. Ekitike, 88.

F qrupu

Ermənistan – Macarıstan 0:1
B. Varqa, 33.

İrlandiya – Portuqaliya 2:0

Troy Perrot, 17; 45.

I qrupu

Norveç – Estoniya 4:1
Sörlot, 50; 52, Haaland, 56; 62 – Saarma, 64.

Moldova – İtaliya 0:2

Mançini, 88. Espozito, 90+3.

K qrupu

İngiltərə – Serbiya 2:0
Saka, 28. Eze, 90.

Andorra – Albaniya 0:1
Aslani, 67.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45