Nihat Kahveçidən “Qalatasaray” analizi: “Azarkeşlərin bir nömrəli sevimli ismi Nqahadır”

16.03.26 | 00:43
Dünya futbolu

Məşhur idman şərhçisi və keçmiş futbolçu Nihat Kahveçi, “Qalatasaray”ın “RAMS Başakşehir” üzərində qazandığı 3-0 hesablı parlaq qələbəni “Kontraspor” YouTube kanalında analiz edib. Kahveçi, komandadakı atmosferdən, Barış Alperin performansından və azarkeşlərin yeni kumirindən bəhs edərək maraqlı fikirlər səsləndirib.

Nihat Kahveçinin ən diqqətçəkən şərhi azarkeşlərin sevgisi ilə bağlı olub. O, komandanın ulduzu Viktor Osimhenin populyarlığına eyham vuraraq, qış transfer pəncərəsində heyətə qatılan Nqahanın artıq tribuna sevimlisinə çevrildiyini qeyd edib: “Kimsə deməsin ki, ‘Qalatasaray’ın ən sevimli futbolçusu Osimhendir. Bu matçda bir daha sübut olundu ki, azarkeşlərin qəlbindəki bir nömrəli isim Nqahadır. Bunu bir az yumorla deyirəm, amma həqiqət payı böyükdür. Nqaha ilk dəfə stadiona addım atanda, topa toxunduğu ilk an tribuna sanki partladı. Bu gün də eyni mənzərənin şahidi olduq. O, həm bu sevgiyə qol ilə cavab verdi, həm də komandaya necə sürət qatdığını göstərdi. Alanyaspor səfərindəki performansı da təsadüfi deyildi”.

Milli futbolçu Barış Alper Yılmazın enerjisini yüksək qiymətləndirən Kahveçi, onun həm Superliqada, həm də Avropada fərq yaratdığını vurulayıb:

Barış Alper təslim olmayan bir oyunçudur. Onun atletizmi və qələbə əzmi Superliqa standartlarının çox üstündədir. O, sol cinah müdafiəçisi mövqeyində elə bir səviyyəyə çatıb ki, artıq rəqiblərinə ən çox sarı kart göstərtdirən ‘model oyunçu’ hesab olunur. Çempionlar Liqasında belə bir profil yaratmaq inanılmazdır.

“Qalatasaray”ın qapısını qoruyan Uğurcan Çakır haqqında danışarkən Kahveçi onu klubun əfsanəvi qolkiperləri ilə eyni sıraya qoyub: “Uğurcan sadəcə qapıçı deyil; o, həm libero, həm “6 nömrə”, həm də hücumun başlanğıc nöqtəsidir. Geridən verdiyi paslar, oyunu oxuması və Barış kimi sürətli oyunçulara ünvanladığı dəqiq ötürmələr dərslik mahiyyətindədir. Simoviç, Taffarel, Mondraqon və Musleradan sonra Uğurcan öz adını addım-addım klubun tarixinə yazdırır. Həm peşəkarlığı, həm də bəyliyi ilə bu komandaya çox yaraşır”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09