Türkiyədən fiasko, Almaniyadan ilk qələbə – DÇ-2026-ya gedən yol

07.09.25 | 21:21
Dünya futbolu

Bazar günü DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Avropada daha 8 oyun keçirilib. Günün ilk oyununda Gürcüstan millisi Bolqarıstan üzərində asan qələbə qazanıb. E qrupunda Türkiyə millisi İspaniya ilə qarşılaşıb və acınacaqlı məğlubiyyətə uğrayıb. Turun digər oyunlarında gözlənilməz nəticə olmadı.

A qrupu

Almanlar bu dəfə sensasiyaya imkan vermədi. Doğrudur, yalnız 69-cu dəqiqədə bundestim hesabda irəli çıxmaqla azarkeşlərinin əsəbi ilə oynadı. Slovakiya isə gözlənilmədən səfərdə böyük çətinliklə Lüksemburqun qapısına yol tapa bildi. Yeganə qolu slovaklar yalnız 90-cı dəqiqədə vurdu. Bununla da iki oyuna iki qələbə ilə Slovakiya bu turu lider kimi qapadı.

Almaniya – Şimali İrlandiya 3:1

Qollar: Qnabri, 7. Amiri, 69. Virts, 72 – Prays, 34.

Lüksemburq – Skovakiya 0:1

Qol: Riqo, 90.

E qrupu

Günün əsas oyunu Konya şəhərində idi. İlk turda qələbə qazanan İspaniya və Türkiyə kimin qrup liderinə daha iddialı olduğunu müəyyən etməli idi. Təəssüf ki, “ay-ulduzlular” bütün göstəricilərdə ispanlara məğlub olaraq Gürcüstanla ikincilik uğrunda yarışacağı siqnalını verdi. Səviyyə baxımından İspaniyadan qat-qat zəif olan türkiyəlilər artıq ilk yarıda rəqib qarşısında aciz olduqlarını göstərdilər. İkinci hissədə türklər daha üç qol buraxaraq darmadağın oldular. Gürcülər isə bolqarları böyük hesabla udaraq azı ikinciliyə iddialı olduqlarını ortaya qoydular.

Gürcüstan – Bolqarıstan 3:0

Qollar: Kvaratsxeliya, 30. Qaqnidze, 44. Mikautadze, 66.

Türkiyə – İspaniya 0:6

Qollar: Pedri, 6; 63. M. Merino, 22; 45; 58. Ferran Torres, 53.

G qrupu

G qrupunda Litva – Niderland matçı maraqlı keçib. Narıncılar iki top fərqi ilə irəlidə olsa da, Litva iradə nümayiş etdirərək hesabı bərabərləşdirə bilib. Yalnız Memfis Depayın 64-cü dəqiqədə vurduğu qolla hollandlar yenidən hesabda irəli çıxıb və qələbəni qoruya bilib. İlk oyunda Polşa ilə heç-heçə edən Niderland millisinin bu oyunu da azarkeşlərini qayğılandırıb. Niderland yığması qrup lideri olsa da, son iki turda yaxşı təsir bağışlamır.  

Litva – Niderland 2:3

Qollar: Gineitis, 36. Girdvainis, 43 – Depay, 11; 64. Timber, 33.

Polşa – Finlandiya 3:1

Qol: Kaş, 27. Levandovski, 45+2. Kaminski, 55 – Kalmann, 88.

J qrupu

Bu qrupda gözlənilən nəticələr qeydə alındı. Belçika Qazaxıstan üzərində qələbə ilə yenidən liderlər sırasına qayıtdı. Şimali Makedoniya isə Lixtenşteyn üzərində asan qələbə ilə qrup lideri olsa da, həlledici oyunlar hələ qarşıdadır.

Şimali Makedoniya – Lixteynşteyn 5:0

Qol: Buxel, 15-avtoqol. Bardi, 52. Çurlinov, 56. Kyamili, 82. Stankovski, 90.

Belçika – Qazaxıstan 6:0

Qollar: De Bröyne, 42; 84. Doku, 44; 60. Raskin, 52. Munyo, 87.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11