“Neftçi” PFK-nın məşqçilər heyəti iki yeni mütəxəssislə güclənib. Belə ki, Atilla Küçüktaka və Fuad Əsədov komandanın qapıçılar üzrə məşqçisi vəzifəsinə gətiriliblər. Hər iki məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.
Məşqçilərin dosyesi:
Atilla Küçüktaka: Türkiyəli mütəxəssis daha əvvəl qardaş ölkənin “Nazilli Bələdiyyəspor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “İkas Eyüpspor” kimi tanınmış klublarında zəngin təcrübə toplayıb.
Fuad Əsədov: Yerli mütəxəssis uzun müddət “Neftçi” Futbol Akademiyasında qapıçılar üzrə məşqçi və koordinator kimi fəaliyyət göstərib. O, həmçinin “Neftçi-2”, “Rəvan” (U-19), “Səbail” klublarında, eləcə də Azərbaycanın müxtəlif yaş qrupları üzrə (U-17, U-18, U-19) yığma komandalarında çalışıb.