“Ağ-qaralar”ın ukraynalı baş məşqçisi Yuri Vernidub avrokuboklara vəsiqə uğrunda mübarizədə futbolçuların psixoloji durumunu yüksəltmək üçün analiz metodikasında dəyişiklik edib. Təcrübəli mütəxəssis Sport.ua portalına açıqlamasında artıq oyun təhlillərinə fərqli yanaşacağını bildirib:
“Yalnız neqativ məqamlara fokuslanmaq olmaz. Müsbətə köklənməliyik, əks halda komandada özünəinam hissi tez itər. Bundan sonra pozitiv məqamları hər kəsin yanında, səhvləri isə fərdi şəkildə müzakirə edəcəyəm. Futbolçunu otağıma çağırıb iradlarımı şəxsən bildirəcəyəm ki, o, komanda yoldaşlarının qarşısında özünü narahat hiss etməsin”.