Turun mərkəzi görüşünü «Neftçi»nin Yuri Vernidubun rəhbərliyi altında növbəti imtahanı kimi qiymətləndirmək olar. İlk yarını boşa verən «ağ-qaralar» ukraynalı mütəxəssisin gəlişi ilə ümidlərini çempionatın ikinci yarısına bağlayıb. «Zirə» isə ən azı ilk üçlükdə möhkəmlənmək üçün daha sabit oyun sərgilməyə məcburdur.
Lakin qış fasiləsindən sonra ilk oyun suallara cavab vermədi. Komandalar hücum cəhdləri eyaələr də, ümumən ehyiyatlı oyunla azarkeşləri intizarda qoydular.
Premyer Liqa, 17-ci tur
“Neftçi” – “Zirə” 0:0
Palms Sport Arena, 19.00.