“Kəpəz” ilk dövrədəki darmadağının əvəzini çıxmağa hazırlaşır
Bu gün Premyer Liqada 13-cü turun 2 oyunu olacaq. Tovuzda “Turan” “Neftçi”ni qəbul edəcək. Bu oyuna bakılıları Samir Abasovun gedişindən sonra sükan arxasına keçən Sənan Qurbanov çıxaracaq. Bu baxımdan liderlər qrupunda olan “Turan”la oyun maraqlı olacaq. Birinci dövrədə “Neftçi” öz meydanında tovuzlulara minimal hesabla uduzmuşdu.
Tovuz klubu ilə eyni xalı qazanan və 2-3-cü yerləri bölüşdürən “Zirə” səfərdə “Kəpəz”in qonağı olacaq. Hələ ki, sərgərdan həyatı yaşayan gəncəlilər Yevlaxda nominal meydan sahibi olacaq. Keçən oyunda qələbə qazanan “Kəpəz”in zirəlilərə müqavimət göstərəcəyi istisna olunmur. “Kəpəz” həm də ilk dövrədə “Zirə”dən aldığı 0:5 hesablı acı məğlubiyyətin əvəzini çıxmaq fikrindədir.
Premyer Liqa, 13-cü tur
“Kəpəz” – “Zirə”
Yevlax şəhər stadionu, 14.00.
“Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu, 18.30.