FIBA Avropa Kubokunun I qrupda yer alan “Neftçi” və “Abşeron Lions” basketbolçuları növbəti oyununu keçirib. Bakı İdman Sarayında “Trefl”lə qarşılaşan “ağ-qaralar” 92:87 hesablıyla qələbə qazanaraq polşalılardan ilk oyundakı məğlubiyyətin (63:92) əvəzini çıxbılar.
Xatırladaq ki, həmin məğlubiyyətdən sonra Vitali Stepanovskinin yetirmələri evdə “Kalev/Kramo” (95:84) və səfərdə “Abşeron Layons”ı (104:86) məğlub etmişdi. Qələbənin vacibliyini və “Trefl”lin güclü komanda olduğunu vurğulayan “Neftçi”nin baş məşqçisi Stepanovski belə deyib: “Polşa çempionatında keçirdikləri beş və bu turnirdə üç oyunun hamsında qələbə qazanıblar. Onları məğlub edən ilk komanda olduq. Bu qələbədən çox məmnun olsaq da, düşünmürəm ki, kifayət deyil. Növbəti görüşlərdə də, buna nail olmağa çalışacağıq”.
Qrupun digər matçında “Abşeron Lions” Estoniyada “Kalev/Kramo” 101:71 hesabıyla məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, noyabrın 12-də “Neftçi” səfərdə “Kalev/Kramo” ilə qarşılaşacaq. Həmin günü “Abşeron Lions” “Trefl”lin qonağı olacaq.
4 turdan sonra turnir cədvəli belədir:
