”Qarabağ”ın azarkeşlər tərəfindən ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin ABŞ-ın “Orlando City” klubu ilə anlaşdığı bildirilir. Məlumatın nə dərəcədə doğru olduğunu təsdiqləmək mümkün deyil. 21 yaşlı gənc futbolçunun nə zaman, hansı şərtlərlə okeanın o tayına yollanacağı barədə hələ ki, rəsmi məlumat yoxdur. ABŞ klubunun Nərimanı izləməsi barədə hələ ötən il xəbərlər dolaşmaqda idi.