“Mən “Qarabağ”ın məşqçisi deyiləm!” – Litvalı mütəxəssisdən kəskin etiraz

08.02.26 | 19:55
Ölkə futbolu

Premyer Liqanın 19-cu turunda “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə darmadağın etdi. Matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırarkən həm qələbəni dəyərləndirib, həm də mətbuatın yanaşmasına qarşı sərt etirazını bildirib.

Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını və futbolçuların yüksək motivasiyasını xüsusi vurğulayıb: “Möhtəşəm qələbə qazandıq. Futbolçular bu gün nə qədər istəkli olduqlarını və qələbəyə necə ac olduqlarını nümayiş etdirdilər. Bizim məğlub etdiyimiz “Zirə” və “Araz-Naxçıvan” top-komandalardır və heyətlərində çox təcrübəli oyunçular var”.

Mətbuat konfransında “Qarabağ” – “Neftçi” oyunun təxirə salınma ehtimalı və bunun çempionluq yarışına təsiri barədə verilən sual baş məşqçini qəzəbləndirib. Dambrauskas bu sualı özünə və komandasına qarşı hörmətsizlik kimi qiymətləndirib: “Mən “Qarabağ”ın baş məşqçisi deyiləm. Bu suala cavab vermək istəmirəm. Mən “Sabah”ın məşqçisiyəm və bura öz klubum haqqında danışmağa gəlmişəm. Niyə mənə daim “Qarabağ” haqqında suallar verirsiniz? Hörmət nümayiş etdirin. Əgər rəqib haqqında soruşmaq istəyirsinizsə, onların oyununa gedin və sualınızı öz məşqçilərinə ünvanlayın. “Sabah”ın oyununa gəlib başqa komandadan danışmaq hörmətsizlikdir. Bu ölkədə təkcə “Qarabağ” yox, başqa klublar da var”.

Oyunun təxirə salınmasının ədalətsiz olub-olmaması ilə bağlı suala isə o, qısa cavab verib: “Təqvimi mən tərtib etmirəm. Bunu federasiyadan və liqa təşkilatçılarından soruşun”.

Komandanın erkən qollardan sonra tempini aşağı salması ilə bağlı tənqidlərə Dambrauskas yumoristik, həm də məntiqli yanaşma nümayiş etdirib: “Əsla oyunçulara gücünüzə qənaət edin demirəm. İstərdim ki, komandam hər oyunda 10 qol vursun, amma dünyanın heç bir liqasında bu, mümkün deyil. Əgər 4-5 qol vururuqsa, bu az deyil. Əvvəllər hesab 0:0 və ya 1:0 olanda soruşurdunuz ki, niyə məhsuldarlıq aşağıdır. İndi dörd qol vururuq, soruşursunuz ki, niyə beşinci yoxdur”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09