Kiyev polisi “Dinamo”nun keçmiş oyunçusu və baş məşqçisi Aleksey Mixayliçenkonun iştirakı ilə baş vermiş insidentlə bağlı cinayət işi açıb.
BBC News Ukrayna”nın məlumatına görə, 62 yaşlı mütəxəssis paytaxtdakı çoxmərtəbəli binalardan birində istilik sistemini təmir edən mənzil-istismar sahəsinin (MİS) əməkdaşını vurduğu iddia edilir. Xəsarət alan 53 yaşlı santexnik xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn polis əməkdaşları şahidləri və tərəfləri dindirib. Zərərçəkmiş şəxs xəsarətlərin dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasına göndərilib. Hazırda Ukrayna Cinayət Məcəlləsinin “qəsdən yüngül bədən xəsarəti yetirmə” maddəsi ilə cinayət işi başlanılıb. Münaqişənin binada istilik sisteminin olmaması səbəbindən yarandığı bildirilir. Aleksey Aleksandroviç günahını inkar edərək kəskin reaksiya verib: “Bunu kim yazır? Siz xəstəsiz?”.