Mineyro finalında tarixi qalmaqal: 23 futbolçu meydandan qovuldu

09.03.26 | 17:22
Dünya futbolu

Braziliyanın “Kruzeyro” və “Atletiko Mineyro” komandaları arasında keçirilən Mineyro çempionatının final matçı futbol tarixinə keçəcək kütləvi dava ilə yadda qalıb. Görüşün baş hakimi Matus Kandanşan oyunsonu hesabatında hadisələrin miqyasına görə rekord sayda — 23 futbolçuya qırmızı vərəqə göstərildiyini rəsmən təsdiqləyib.

Hakimin rəsmi hesabatına əsasən, gərginlik “Kruzeyro”nun oyunçusu Kristian ilə “Atletiko Mineyro”nun qapıçısı Everson arasındakı insidentlə alovlanıb. Hesabatda qeyd olunur ki, Kristian top qapıçının nəzarətində olduğu halda, rəqibin baş nahiyəsinə həddindən artıq güc tətbiq edərək zərbə endirib. Everson bu kobudluğa dərhal sərt reaksiya verərək, rəqibinin üzünə dizi ilə zərbə vurub. Bu qarşılıqlı aqressiyadan sonra hər iki komandanın oyunçuları və texniki heyəti sahəyə daxil olub, nəticədə idarəolunmaz kütləvi dava başlayıb.

Baş hakim Matus Kandanşan qeyd edib ki, sahədəki gərginlik və fiziki qarşıdurma o qədər şiddətli olub ki, vərəqələri həmin an nümayiş etdirmək təhlükəsizlik baxımından qeyri-mümkün idi. Bu səbəbdən, hadisələrdə iştirak edən futbolçular video-görüntülər əsasında tək-tək müəyyən edilərək oyunsonu protokola daxil edilib və meydandan kənarlaşdırılıblar.

“Digər futbolçular kütləvi dava zamanı rəqiblərinə ardıcıl yumruq və təpik zərbələri endirdikləri üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıblar.” — Hakim hesabatından.

Gərgin finalın yekununda referi “Kruzeyro” 12-i, “Atletiko Mineyro”nun isə 11 futbolçusna göstərib. Cəmi 23 futbolçunun meydandan qovulması ilə nəticələnən bu hadisə ilə bağlı Braziliya Futbol Konfederasiyasının daha ağır intizam tədbirləri görəcəyi gözlənilir.

Paylaş:

Xəbər Lenti

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13