Qadınlardan ibarət həndbol millimiz 2023-cü ilin oktyabrından komandanı çalışdıran Aleksandr Revva ilə yollarını ayrıb. Xatırladaq ki, yığmamız Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasına düşə bilməyib. Rusiyalı mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasından da istefaya göndərilib.