Serbiyanın Zrenyanin şəhərinin ev sahibliyi etdiyi U-23 Avropa çempionatına bu gün start verilir. Turnirin açılış günündə sərbəst güləş üzrə Azərbaycan millisinin 5 üzvü medallar uğrunda mübarizəyə qoşulacaq.
İlk yarış günündə Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) öz qüvvələrini sınayacaqlar. Martın 15-dək davam edəcək çempionatda pəhləvanlarımızdan yüksək nəticələr gözlənilir.