Tailandın paytaxtı Banqkokda keçirilən 3×3 basketbol üzrə FIBA Çempionlar Kubokunda qadınlardan ibarət millimizin yarımfinaldakı rəqibi müəyyənləşib. Qrup mərhələsini uğurla adlayan “milim”iz finala gedən yolda dünyanın ən güclü komandalarından biri olan ABŞ yığması ilə qarşılaşacaq. Heyətində Erika Karter, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Brianna Freyzerin yer aldığı komandamızın bu həlledici matçı sabah, Bakı vaxtı ilə saat 10:15-də start götürəcək.
Turnirin digər yarımfinal cütlüyündə isə Kanada və Niderland seçmələri üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi B qrupunda gərgin mübarizə nümayiş etdirib. Basketbolçularımız qrup mərhələsində aşağıdakı nəticələri qazanıblar:
Azərbaycan – Kanada 10:16
Azərbaycan – Tailand 21:8
Azərbaycan – İspaniya 16:11
Meydan sahibi Tailand və güclü İspaniya üzərində qazanılan inamlı qələbələr yığmamızın yarımfinala yüksəlməsini təmin edib. İndi isə hədəf ABŞ səddini keçərək tarixi uğura imza atmaqdır.