FİFA Series 2026″ turniri çərçivəsində Sumqayıtın “Mehti Hüseynzadə” stadionunda Azərbaycan və Syerra-Leone milli komandaları üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə bitən qarşılaşmanın taleyini marafon penaltilər seriyası həll edib.
Matça qonaqlar daha aktiv başlayıblar. 28-ci dəqiqədə Daniel Kanu Syerra-Leone yığmasını hesabda önə keçirib. İlk hissə rəqibin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissədə oyunun axarını dəyişmək üçün baş məşqçi ardıcıl əvəzetmələrə əl atıb. Meydana daxil olan Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edərək millimizi məğlubiyyətdən xilas edib – 1:1.
Qaydalara əsasən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Hər iki komandanın 10 dəfə nöqtəyə yaxınlaşdığı dramatik seriyada millimizin oyunçuları daha soyuqqanlı oynayıblar. Qapıçımız Aydın Bayramovun həlledici seyvi və Bədavi Hüseynovun dəqiq zərbəsi Azərbaycan yığmasına 9:8 hesablı qələbəni gətirib.
AZƏRBAYCAN – SYERRA-LEONE – 1:1 (0:1; penaltilər – 9:8)
Qollar: D.Kanu, 28 (0:1), R.Məmmədov, 72 (1:1).
Hakim: Əsgər Nəcəfəliyev (Özbəkistan).
Stadion: Sumqayıt, “Mehti Hüseynzadə”.
Azərbaycan: Aydın Bayramov, Bədavi Hüseynov, Elvin Bədəlov (Rahil Məmmədov, 46), Anton Krivotsyuk, Qismət Alıyev (Vüsal İsgəndərli, 46), Elvin Cəfərquliyev (Rüstəm Əhmədzadə, 89), Emin Mahmudov (k) (Rahim Sadıxov, 46), Emil Səfərov (Abdulla Xaybulayev, 80), Aleksey İsayev (Ayxan Hüseynov, 89), Musa Qurbanlı (Xəyal Əliyev, 46), Renat Dadaşov (Toral Bayramov, 63).
Syerra-Leone: Mamadu Calloh, Cuma Ba, Abdul-Carcı Kabia, Alfa Turay, Alfa Kabia (Kvame Kui, 83), Kamil Konte (Alhassan Koroma, 71), İdris Kanu (Nataniel Calloh, 71), Yaya Kallon, Sullei Kaykay (k), Daniel Kanu (Samuel Qandi, 71), Amadu Bakayoko (Cey-Ti Kamara, 86).
Sarı vərəqələr: Konte, 38. İ.Kanu, 42. A.Kabia, 69. N.Calloh, 90+5.
Penaltilər seriyası
Azərbaycan: T.Bayramov (+), X.Əliyev (+), V.İsgəndərli (+), A.Hüseynov (qapıçı), R.Sadıxov (+), R.Əhmədzadə (+), A.Xaybulayev (+), A.Krivotsyuk (+), R.Məmmədov (+), B.Hüseynov (+).
Syerra-Leone: Koroma (dirək), Kaykay (+), Qandi (+), Kamara (+), Kui (+), Ba (+), Kallon (+), A.-C.Kabia (+), N.Calloh (+), Turay (qapıçı).