Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46
Ölkə futbolu

FİFA Series 2026″ turniri çərçivəsində Sumqayıtın “Mehti Hüseynzadə” stadionunda Azərbaycan və Syerra-Leone milli komandaları üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə bitən qarşılaşmanın taleyini marafon penaltilər seriyası həll edib.

Matça qonaqlar daha aktiv başlayıblar. 28-ci dəqiqədə Daniel Kanu Syerra-Leone yığmasını hesabda önə keçirib. İlk hissə rəqibin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissədə oyunun axarını dəyişmək üçün baş məşqçi ardıcıl əvəzetmələrə əl atıb. Meydana daxil olan Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edərək millimizi məğlubiyyətdən xilas edib  –  1:1.

Qaydalara əsasən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Hər iki komandanın 10 dəfə nöqtəyə yaxınlaşdığı dramatik seriyada millimizin oyunçuları daha soyuqqanlı oynayıblar. Qapıçımız Aydın Bayramovun həlledici seyvi və Bədavi Hüseynovun dəqiq zərbəsi Azərbaycan yığmasına 9:8 hesablı qələbəni gətirib.

AZƏRBAYCAN –  SYERRA-LEONE – 1:1 (0:1; penaltilər – 9:8)

Qollar: D.Kanu, 28 (0:1), R.Məmmədov, 72 (1:1).

Hakim: Əsgər Nəcəfəliyev (Özbəkistan).

Stadion: Sumqayıt, “Mehti Hüseynzadə”.

Azərbaycan: Aydın Bayramov, Bədavi Hüseynov, Elvin Bədəlov (Rahil Məmmədov, 46), Anton Krivotsyuk, Qismət Alıyev (Vüsal İsgəndərli, 46), Elvin Cəfərquliyev (Rüstəm Əhmədzadə, 89), Emin Mahmudov (k) (Rahim Sadıxov, 46), Emil Səfərov (Abdulla Xaybulayev, 80), Aleksey İsayev (Ayxan Hüseynov, 89), Musa Qurbanlı (Xəyal Əliyev, 46), Renat Dadaşov (Toral Bayramov, 63).

Syerra-Leone: Mamadu Calloh, Cuma Ba, Abdul-Carcı Kabia, Alfa Turay, Alfa Kabia (Kvame Kui, 83), Kamil Konte (Alhassan Koroma, 71), İdris Kanu (Nataniel Calloh, 71), Yaya Kallon, Sullei Kaykay (k), Daniel Kanu (Samuel Qandi, 71), Amadu Bakayoko (Cey-Ti Kamara, 86).

Sarı vərəqələr: Konte, 38. İ.Kanu, 42. A.Kabia, 69. N.Calloh, 90+5.

Penaltilər seriyası

Azərbaycan: T.Bayramov (+), X.Əliyev (+), V.İsgəndərli (+), A.Hüseynov (qapıçı), R.Sadıxov (+), R.Əhmədzadə (+), A.Xaybulayev (+), A.Krivotsyuk (+), R.Məmmədov (+), B.Hüseynov (+).

Syerra-Leone: Koroma (dirək), Kaykay (+), Qandi (+), Kamara (+), Kui (+), Ba (+), Kallon (+), A.-C.Kabia (+), N.Calloh (+), Turay (qapıçı).

Paylaş:

Xəbər Lenti

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45

AFFA-da məcburi fasilə: Aşağı yaş qrupları üzrə bütün liqalar təxirə salındı

28.03.26 | 23:27