Bu gün basketbol üzrə kişilərdən ibarət milliimiz Avropa Çempionatının təsnifat mərhələsində ilk matçını keçirəcək. Basketbolçularmız Skopyedə Şimali Makedoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. A qrupunda yer alan yığmamız növbəti oynunu noyabrın 30-da evdə Lüksemburqa qarşı keçirəcək. Komandamızın qrupdakı digər rəqibi isə İrlandiyadır.
Xatırladaq ki, təsinifat mərhələsində üç qrupda 10 yığma mübarızə aparır. Bu mərhələnin oyunları gələn il iyulun 5-də başa çatacaq və növbəti mərhələyə qrup qalibləri ilə yanaş, ikincilərdən ən yaxşı nəticə göstərən bir komanda vəsiqə qazanacaq.