Bakıda qadın basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin birinci mərhələsi çərçivəsində Azərbaycan və Ukrayna yığmaları üz-üzə gəlib.
Qarşılaşmaya sürətli başlayan “sarı-göylər” ilk dəqiqələrdən üstünlüyü ələ keçiriblər. Artıq birinci rübün ortalarında Ukrayna yığması fərqi ikirəqəmli saylara çatdırıb və ilk 10 dəqiqəni 18:6 hesabı ilə öndə tamamlayıb.
Oyunun sonrakı hissələrində də nəzarəti əldə saxlayan qonaqlar, heyətdəki bütün basketbolçulara şans verərək qələbəni təmin ediblər.
Bu oyun hər iki komanda üçün formal xarakter daşıyırdı: Ukrayna 3-cü, yığmamızın isə 4-cü pillədəki yerini əvvəlcədən rəsmiləşdi rmişdi.
Mövcud qaydalara görə, qrup üçüncülərinin reytinqində sonuncu pillənin tutan komanda ilə oyunların nəticəsi nəzərə alınmır.
Basketbol üzrə AÇ-2027-nin seçmə mərhələsi
6-cı tur
Azərbaycan – Ukrayna 55:73 (6:18, 17:21, 16:20, 16:14)