Millimizdən biabırçı oyun – 0:5

05.09.25 | 10:14
Ölkə futbolu

DÇ-2026-nın seçmə mərhələsində start götürən milli komandamız aciz oyunu ilə İslandiyada acınacaqlı məğlubiyyətə uğradı. Millimiz zəif oyunu ilə rəqib qarşısında ciddi heç nə ilə yadda qalmadı və utancverici məğlubiyyətlə azarkeşlərini məyus etdi. Milli komandanın oyununa baxmaq, oyunçuların sərgilədiyi oyunu izləmək belə acınacaqlı idi. Avropanın heç də aparıcı millisi olmayan bir komandaya qarşı bu dərəcədə aciz və köməksiz oyun sözün əsl mənasında utancverici idi.

Görüşdən əvvəl AFFA-nın baş katibi “komanda qarşısında tələb qoymamışıq” deməklə millinin başlı-başına, tüfeyli bir komanda olduğuna mesaj vermişdi. Bu baxımdan yığma komandanın fiaskosu təəccüblü olmamalıdır. Milli komanda o dərəcədə aciz və köməksiz idi ki, İslandiya Fransanın vaxtilə millimizlə oyunda etdiyi 10 topluq rekord olsa təəccüblənməzdik. Bu baxımdan milli komandanın yenidən Fransa ilə qarşıdakı oyunu dəhşətli yuxu kimi görsənir.

DÇ-2026, seçmə mərhələsi, D qrupu

22:45. İSLANDİYA – AZƏRBAYCAN 5:0

Reykyavik. “Lauqardalsvöllur” stadionu.

Baş hakim: Sander van der Eyk (Niderland)

İslandiya: Elias Rafn Olafsson, Daniel Leo Qretarsson, Sverrir İnqason, Viktor Palsson (Pyarkason, 78), Mikael Ellertsson, Hakon Haraldsson, İsak Berqmann Yohannesson, Stefan Tordarsson (Villumsson, 69), Albert Qudmundsson (Hlynsson, 69), Yon Daqur Torsteinsson (M. Andersson, 69), Andri Qudyonsen (D. Qudyonsson, 69).
Azərbaycan: Məhəmmədəliyev, Daşdəmirov (T. Bayramov, 55), Bəhlul Mustafazadə, Elvin Bədəlov, (Cəlal Hüseynov, 62) Elvin Cəfərquliyev, Abbas Hüseynov (Qismət Alıyev, 72), Səbuhi Abdullazadə, İsmayıl İbrahimli (Kokçu, 55), Emin Mahmudov (A. Nuriyev, 62), Mahir Emreli, Nəriman Axundzadə

Qollar: Viktor Palsson, 45+2, İsak Berqmann Yohannesso, 47, 55. A. Qudmundsson, 67. Hlynsson, 73.

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47