İslandiya və Fransa ilə oyun ərəfəsində millimizin heyətində ciddi itki baş verib. “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən hərarəti üzündən yığmanın heyətindən çıxarılıb. Hazırda yaxşı formada olan və ölkənin ən yaxşı cinah oyunçularından biri olan Elvinin yoxluğu milli komanda üçün ciddi itkidir. Xatırladaq ki, millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiya, üç gün sonra isə Fransa ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək.