Millətlər Liqası 2026/27 səbətlər və təqvim bəllidir

29.12.25 | 17:12
Dünya futbolu

UEFA Millətlər Liqasının 2026/27-ci il mövsümü üçün püşkatma mərasiminin vaxtı və komandaların səbətləri müəyyənləşib. Püşkatma 2026-cı il fevralın 12-də keçiriləcək. Millimiz builki uğursuz nəticələrdən sonra D Liqasına yuvarlanıb və burada birinci səbətdə yer alıb.

Liqalar üzrə səbətlər

A liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer ad., Cənubi Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllüttariq (cütün qalibi), Lüksemburq/Malta (cütün qalibi), Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva

2-ci səbət: Latviya/Cəbəllüttariq (cütün məğlubu), Lüksemburq/Malta (cütün məğlubu), Lixtenşteyn, Andorra

Qrup mərhələsinin qarşılaşmaları 2026-cı ilin payız aylarında keçiriləcək:

1-ci tur: 24–26 sentyabr

2-ci tur: 27–30 sentyabr

3-cü tur: 1–3 oktyabr

4-cü tur: 4–6 oktyabr

5-ci tur: 12–14 noyabr

6-ci tur: 15–17 noyabr

Pley-off və Finallar:

Dörddəbir finallar və keçid oyunları: 25–30 mart 2027

Yarımfinallar və Final: 9–13 iyun 2027

Millətlər Liqasının 2026/27 mövsümü həm də EURO-2028-in seçmə mərhələsinin bir hissəsi olacaq. Turnirdə uğurlu çıxış edən komandalar əsas seçmə mərhələdə məqsədlərinə çatmasalar belə, Millətlər Liqası reytinqi vasitəsilə Avropa çempionatına vəsiqə qazanmaq üçün pley-offda oynamaq şansı qazanacaqlar.Yeri gəlmişkən, millimizin  D liqasında mübarizə aparması onun turnir cədvəlində irəliləməsi və EURO-2028-2028 pley-offuna vəsiqə qazanmaq şansını artırmaq üçün bir fürsət ola bilər.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41