“Milan”ın keçmiş ulduzu qalmaqalın mərkəzində: “Belə şirkətlərə ehtiyacımız yoxdur”

15.03.26 | 10:57
Dünya futbolu

Yaponiya futbolunun əfsanəvi siması Keysuke Honda, növbəti dəfə təkcə meydandakı oyunu ilə deyil, həm də xarakteri və sarsılmaz prinsipləri ilə dünya mətbuatının diqqət mərkəzinə düşüb. 39 yaşlı keçmiş futbolçu, siyasi konyunkturanı idman ruhundan üstün tutan böyük bir ABŞ şirkəti ilə çoxmilyonluq reklam müqaviləsindən imtina etdiyini bəyan edib.

Hadisələrin fitili Hondanın “X” sosial platformasında paylaşdığı postla alışıb. O, 2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatı barədə danışarkən, İran milli komandasının turnirdə iştirakına tərəfdar olduğunu bildirib: “Bunun kifayət qədər həssas bir mövzu olduğunun fərqindəyəm. Lakin mən şəxsən İranın Dünya Çempionatında mübarizə aparmasını istəyirəm”.

Bu açıqlama idman ictimaiyyətində geniş müzakirələrə səbəb olsa da, okeanın o tayındakı biznes tərəfdaşları soyuq qarşılayıb. Məlum olub ki, futbolçunun bu səmimi bəyanatından sonra bir Amerika brendi onunla olan reklam əməkdaşlığını dərhal dondurmaq qərarı alıb. Lakin Honda bu addım qarşısında geri çəkilməyib. Əksinə, o, şirkətin bu yanaşmasını kəskin tənqid edərək, idmanın birləşdirici gücünü xatırladıb: “Görünən odur ki, İran seçməsinə verdiyim dəstəyə görə həmin şirkət reklam kampaniyasını dayandırıb. Belə dəhşətli və qərəzli qərarlar verən şirkətlərə bizim ehtiyacımız yoxdur. Onlarsız dünya daha yaxşıdır,” – deyə ulduz futbolçu bildirib.

2024-cü ilin sonunda peşəkar futbolçu karyerasını rəsmən bitirməyi planlaşdıran Honda, illərdir həm Avropada, həm də Cənubi Amerikada nümayiş etdirdiyi peşəkarlığı indi də öz vətəndaş mövqeyi ilə sübut edir. O, Yaponiya yığmasının heyətində meydana çıxdığı 98 qarşılaşmada 37 qola imza ataraq “Gündoğar ölkə”nin futbol tarixinə adını qızıl hərflərlə yazdırıb.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41