Dünya futbolunun canlı əfsanəsi Lionel Messi meydandan kənar həyatı və maraqlı vərdişləri ilə bağlı səmimi açıqlamalar verib.
Messi etiraf edir ki, hər kəsin tanıdığı o sakit simanın arxasında özünəməxsus qəribəlikləri olan bir insan dayanır. Onun ən böyük ehtiyacı isə sakitlikdir. Üç oğul atası olan ulduz futbolçu evdəki uşaq səs-küyünün bəzən onu yorduğunu və tənhalıqdan “enerji aldığını” gizlətməyib. Məlum olub ki, Messinin həyat yoldaşı Antonella Rokuzzo astrologiya ilə yaxından maraqlanır. Messi özü bürclərə önəm verməsə də, Antonella Xərçəng bürcü olan həyat yoldaşını tez-tez atası ilə müqayisə edir.