Messi Qvardiolanı ən yaxşı hesab edir

05.12.25 | 01:00
Dünya futbolu

ESPN telekanalına müsahibəsində Pep Qvardioladan söz açan Lionel Messi onunla bağli xatirələrini bölüşüb. Messinin indiyədək işlədiyi məşqçiləri arasında Pepin xüsusi yeri olduğunu deyib: “Bir dəfə yollarımız kəsişdi, ancaq onda mən onu tanımırdım. “Barselona”da məşqçimiz olana qədər heç bir münasibətimiz olmamışdır. Yaxşı məşqçilər çoxdur, ancaq onun başqalarından fərqləndirən özünə məxsus xüsusiyyətləri var.  Mənim üçün o, işlədiyim məşqçilərin hamısının arasında ən yaxşısıdır və Pep unikaldır. Onun Skaloni ilə bənzər cəhətləri var: həyata baxış tərzi, matçlara hazırlaşması, ünsiyyət qurması… ancaq mənim üçün o, ən yaxşısıdır. “Barselona”da yollarımız kəsişdiyinə görə bəxtimiz gətirmişdir. O, istədiyinə çatmaq üçün bütün lazımi elementlərə sahib idi.

Sonra başqa bir kluba keçdi və qalib gəlməyə davam etdi. Söhbət təkcə komandanın uğur qazanmasından yox, həm də necə oynamasından gedir. O, bunu “Bavariya”da, “Mançester Siti”də göstərdi. “Bavariya” ilə Çempionlar Liqasını qazanmasa da, fərqli bir üsluba öyrəşdikləri Almaniyada komandanın oyun tərzini dəyişdirdi. İngiltərədə də eyni şeyi bacardı… O, yalnız komandanı deyil, bütün liqanın oyun tərzini dəyişdirir..

Əvvəldən münasibətlərimiz əla olub. Onunla çox yaxın idik, çox danışırdıq və ondan çox şey öyrəndim. Onun sayəsində oyunuma bacardıqlarımdan başqa, bir çox şeyləridə əlavə etdim. Ondan çox şey öyrəndim – necə hərəkət etməyi, meydandakı boşluğu necə oxumağı.

Hətta məni yalançı doqquzluq kimi təyin etdi və “Barselona”nın gənclər komandasında hücumçunun arxasında oynayırdım. Bu, mənim mövqeyim idi. Raykaardın dönəmində debüt edəndə və daha sonra Pepin rəhbərliyi altında mən cinah yarımmüdafiəçisi kimi oynayirdım. Anca onadək həmin mövqedə heç vaxt oynamamışdım. Amma oyunumu inkişaf etdirməyə və futbolçu kimi böyüməyə davam etdim”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09