Bu gün Xabi Alonsonun “Real Madrid”dən gedişi təkcə klub üçün deyil, həm də komandanın ulduzu Kilian Mbappe üçün maraqlı bir statistikanı gündəmə gətirib. 2018-ci ildə PSJ-yə transfer olunduğu gündən bəri fransalı ulduzun “məşqçi ömrü” orta hesabla cəmi 1,4 il çəkir.
Mbappenin son 7,5 ildəki məşqçi siyahısı:
Unay Emeri (PSJ): 1 mövsüm
Tomas Tuxel (PSJ): 2,5 mövsüm (Ən uzun müddətli əməkdaşlıq)
Maurisio Poçettino (PSJ): 1,5 mövsüm
Kristof Qaltye (PSJ): 1 mövsüm
Karlo Ançelotti (Real): 1 mövsüm
Xabi Alonso (Real): ~7 ay (Ən qısa müddətli əməkdaşlıq)
Görünən odur ki, Mbappenin çıxış etdiyi klublarda sabitlik tapmaq hələ də çətindir. Xabi Alonsonun cəmi 7 aylıq fəaliyyəti Mbappenin karyerasındakı ən qısa məşqçi dövrü kimi tarixə düşdü.