Mbappe və Braziliyadan Vinisiusa dəstək

18.02.26 | 13:39
Dünya futbolu

“Real”ının hücumçusu Kilian Mbappe, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Benfika” ilə keçirilən ilk oyunda (1:0) komanda yoldaşı Vinisius Juniorun irqçi təhqirlərə məruz qalması ilə bağlı UEFA-ya müraciət edib.

“Marca” nəşrinin məlumatına görə, fransalı ulduz baş verən insidentlə bağlı kəskin mövqe nümayiş etdirib: “Mənim konkret olaraq kluba və ya baş məşqçi Mourinyoya qarşı heç bir iddiam yoxdur. O, çox güclü mütəxəssisdir. Lakin belə davranışa yol verən futbolçu bu səviyyəli turnirdə çıxış etməməlidir. Ümid edirəm ki, UEFA zəruri tədbirlər görəcək. Bu epizod dərindən araşdırılmalıdır”.

Eyni zamanda, Braziliya Futbol Konfederasiyası (CBF) da irqçilik qurbanı olan ulduz forvardına dəstək bəyanatı yayımlayıb: “Çempionlar Liqası matçında vurduğu qoldan sonra irqçi hücumlarla üzləşən Vinisiusla həmrəy olduğumuzu bildiririk. İrqçilik cinayətdir! Belə hallara yol vermək yolverilməzdir. Vini, sən tək deyilsən. Səninlə hər zaman qürur duyacağıq. Biz yanındayıq”.

Xatırladaq ki, daha əvvəl “Benfika”nın oyunçusu Canluka Prestiannin matç zamanı Vinisiusu təhqir etdiyi barədə məlumatlar yayılmışdı.

Paylaş:

Xəbər Lenti

“Zirə” – “Şamaxı” – YENİLƏNİR

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47