“Real”ın hücumçusu Kilian Mbappe zədə səbəbindən yaşıl meydanlardan kənarda qalmaqda davam edir. Fransalı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Santyaqo Bernabeu”da “Mançester Siti”yə qarşı keçiriləcək ilk oyunda iştirak etməyəcəyi artıq dəqiqləşib.
“Cadena SER”in yaydığı məlumata görə, Mbappenin yaxın ətrafı klubun təzyiqlərinə baxmayaraq, oyunçunun tam sağalmadan meydana qayıtmasına qarşıdır. 27 yaşlı futbolçu qarşıdan gələn Dünya Çempionatı öncəsi sağlamlığını riskə atmaq istəmir. Bu səbəbdən o, İngiltərədəki cavab qarşılaşmasını da qaçıra bilər.
Mbappe cari mövsümdə keçirdiyi 33 matçda 38 qol və 6 məhsuldar ötürmə ilə “Kral klubu”nun hücum xəttində əvəzolunmaz fiqura çevrilib.
“Real” rəhbərliyi forvardın həlledici oyunlarda komandaya kömək etməsini istəsə də, oyunçunun ətrafı tam reabilitasiya prosesində israrlıdır.