UEFA Çempionlar Liqasınıda turun ən yaxşı oyunçusunun adını açıqlayıb. “Real”ın hücumçusu Kilian Mbappe ÇL-də həftənin oyunçusu seçilib. Fransız forvard “Kral klubu”nun 4:3 hesablı qələbəsiylə bitən “Olimpiakos”la səfər qarşılaşmasında dörd qol vurub. Ən yaxşıların sıyahısında PSJ-də het-trik edən Vitinya ikinci, hərəyə iki qolla Pyer-Emerik Obameyanq (“Marsel”) və Seru Girassi (“Borussiya” Dortmund) isə müvafiq olaraq üçüncü və dördüncü yerləri tutub.
Yeri gəlmişkən, Mbappe ÇL tarixində ən qısa zaman kəsiyində het-trik edən 3-cü oyunçu oldu. Fransız 29 dəqiqəyə üç qola imza atmağı bacardı. Ən az vaxtda üç qol vuran futbolçuların siyahısına 2022-ci ilin martında, “Zaltsburq”la oyunda 23 dəqiqəy üç dəfə fərqlənən Robert Levandovski başçılıq edir. Polşalı forvard bunu “Bavariya”da keçirdiyi sonuncu mövsümdə bacarmışdı. İkinci yerdə isə 1996-cı ildə Norveç “Rusenborq”u ilə oyunda 24 dəqiqəyə üç dəfə fərqlənən “Milan”ın keçmiş hücumçusu Marko Simone qərarlaşıb.