“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr sağlamlığa yüngül zərər vurma faktı üzrə təqsirli bilinib. Xatırladaq ki, hadisə 2020-ci ildə Yunanıstanda baş vermiş daxili münaqişə ilə bağlıdır. Həmin vaxt məhkəmə ingiltərəli futbolçunu hücum, təhqir, polisə müqavimət və rüşvət verməyə cəhddə ittiham edərək 21 aylıq şərti həbs cəzasına məhkum etmişdi. Lakin futbolçu dərhal apellyasiya şikayəti vermişdi.
Yenidən baxılan işin nəticəsi olaraq, bu gün məhkəmə Maquayr barəsində 15 aylıq şərti həbs qərarı çıxarıb. Təcrübəli müdafiəçinin bu hökmlə də razılaşmayaraq növbəti dəfə apellyasiya şikayəti verəcəyi gözlənilir.