Almaniya 2-ci bundesliqasında 27-ci turun oyunları çərçivəsində millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” səfərdə “Nürnberq”in qonağı olub.
Emreli üçün bu qarşılaşma həm də prinsipial xarakter daşıyırdı, belə ki, o, sabiq komandasına qarşı mübarizə aparıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan həmyerlimiz 56-cı dəqiqədə meydana daxil olsa da, oyunun axarına təsir edə bilməyib. Qarşılaşma meydan sahiblərinin tam üstünlüyü və 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu məğlubiyyətdən sonra hesabında 40 xalı olan “Kayzerslautern” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komanda növbəti turlarda xal itkisini bərpa edərək yuxarı sıralar uğrunda mübarizəni davam etdirməyə çalışacaq.