Madriddə “erkən final”: “Real”ın növbəti “Siti” sınağı!

11.03.26 | 09:26
Dünya futbolu

Avropanın ən böyük futbol səhnəsində amansız mübarizə davam edir! Çempionlar Liqasının 1/8 finalı bu gecə azarkeşlərə əsl futbol şousu vəd edir. Qitə nəhəngləri 1/4 final biletini qoparmaq üçün ilk addımlarını atacaq. Gecənin, bəlkə də mərhələnin ən çox gözlənilən toqquşması isə Madriddə yaşanacaq: “Santyaqo Bernabeu”da “Real” və “Mançester Siti”nin super dueli milyonları ekran başına toplayacaq!

“Real” – “Mançester Siti”

Arbeloanın inamı: “Real”ın baş məşqçisi Arbeloa rəqibin gücünü etiraf etsə də, komandasına güvənir: “Siti 7-8 ildir Qvardiola ilə işləyir, onlar gözübağlı oynaya bilirlər. Amma biz ‘Real’ıq və heç vaxt özümüzü kimdənsə zəif hiss etmirik. Biz həmişə favoritik”.

Mbappe şoku: “Olimpiakos”la matçda ÇL tarixinin ən sürətli 2-ci het-trikini (6 dəqiqə 42 saniyəyə) edən Kilian Mbappe zədə səbəbindən bu gün oynamayacaq. Qvardiola fransız ulduzun müalicə üçün Parisə yollanmasına özünəməxsus tərzdə reaksiya verib: “Mənim fikrim bu qədər önəmlidir? Klubumuzda da belə şeylər olur”.

Donnarumma  Kurtua: “Şəhərlilərin”nin qapıçısı Canluici Donnarumma “Real”ı təəccübləndirmək istədiklərini bildirib və həmkarı Tibo Kurtua haqqında xoş sözlər deyib: “O, dünyanın ən yaxşılarındandır. Ümid edirəm ki, bu gün onun qapısına çox zərbə endirəcəyik və o, qol vurmağımıza imkan verəcək”.

Holand faktoru: Norveçli qol maşını İspaniya klublarının əsl kabusuna çevrilib. O, Çempionlar Liqasında Pireney təmsilçilərnin qapısına 10 qol vurub!

PSJ” – “Çelsi”

“Çelsi”nin gənclik inqilabı: Londonlular ümumi mərhələdə “Ayaks”ı 5:1 darmadağın edərək tarix yazıblar. “Zadəganlar” ÇL tarixində eyni matçda 3 gənc futbolçusu – Mark Qiu (19), Estevao (18) və Tayrik Corcun (19) qol vurduğu ilk komanda olub.

PSJ-nin qırılan seriyası: Paris təmsilçisi ümumi mərhələdə “Atletik”lə qolsuz heç-heçə etməklə ÇL-in qrup/ümumi mərhələlərindəki 104 oyunluq qol seriyasının (0:0 oynamamaq) sonuna gəlib.

Bude Qlimt” – “Sportinq”

Norveç nağılı: “Bude Qlimt” pley-off mərhələsində ötən mövsümün finalçısı “İnter”i hər iki matçda (3:1, 2:1) məğlub edərək bu mərhələni adlayan ilk Norveç klubu olub.

Açıq futbol: “Sportinq” cari mövsüm ÇL-dəki 8 matçın hamısında qol vursa da, 7-də qapısında qol görüb. Lissabonlular Avrokuboklardakı son 13 matçından yalnız ikisində uduzublar (8 qələbə, 3 heç-heçə).

Bayer” – “Arsenal”

“Bayer”in müdafiə səddi: Leverkuzen təmsilçisi ÇL-də 50-ci qələbəsini məhz İngiltərə klubu “Mançester Siti”ni (2:0) məğlub etməklə qazanıb və turnirdəki son 3 matçında qapısını toxunulmaz saxlayıb.

“Arsenal”ın İspaniya sindromunu qırması: “Topçular” ÇL-də İspaniya klublarına (“Atletiko”ya 4:0, “Atletik”ə 2:0 və s.) ardıcıl 7 matçda qalib gələn ilk komanda kimi tarixə düşüb.

Maraqlı fakt: Kepa əfsanəsi davam edəcəkmi?

Futbol dünyasında təsadüflər bəzən qanunauyğunluğa çevrilir:

2020/21 mövsümü: Kepa “Çelsi”də ehtiyat qapıçı olur – “Çelsi” Çempionlar Liqasını qazanır.

2023/24 mövsümü: Kepa “Real”da ikinci qapıçı olur – “Real” Çempionlar Liqasını qazanır.

2025/26 mövsümü: Kepa hazırda “Arsenal”ın ehtiyat qapıçısıdır – “Arsenal”… Növbəti çempiondurmu?

Çempionlar Liqası, 1/8 final (ilk oyunlar)

 21:45 Bayer – Arsenal İctimai TV

00:00 PSJ – Çelsi CBC Sport

00:00 Real – Mançester S İctimai TV

00:00 Bude Qlimt – Sportinq

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11